Türkiyədə sənaye zonasında yerləşən fabrikdə yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Bursa vilayətindəki plastik material fabrikində baş verib.
Bölgəyə dərhal təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.
Yanğın qrupların müdaxiləsi nəticəsində söndürülüb.
Hadisənin təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


