"İctimai TV"də yayımlanan "Maska" şousunun növbətiburaxılışı baş tutub.
Axşam.az xəbər verir ki, bu dəfə hədəf "Xalça" obrazı ilə şou göstərən iştirakçı olub. O,niderlandlı Tako Okersinrepertuarından "Puttin' On the Ritz" mahnısını oxuyub.
Sonda "Xalça"nın aparıcı Ceyhun Əli olduğu ortaya çıxıb.
Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayav, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Murad Arif və Nigar Camal əyləşir.


