Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:34-də 4,6 bal gücündə qeydə alınıb.
Zəlzələ ətraf rayonlarda da hiss edilib.
Həmçinin, zəlzələnin 17,3 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya itki hadisəsinin olmadığı bildirilib.
Aysu Demokrat.az


