“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi sammiti zamanı baş tutan görüş danışıqlar deyil, qısa ayaqüstü təmasdır”.
Demokrat.azTASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən onlar danışıqlar aparmayıblar, lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti həmişə onlara ayaq üstə qısa təmaslar üçün yaxşı imkanlar yaradır. Bu dəfə də belə oldu”, - Kreml sözçüsü bildirib.
O əlavə edib ki, tədbir çərçivəsində hər kəs bir-biri ilə bəzi əsas məqamlar barədə ayaq üstə danışmaq imkanı əldə edib.
Digər tərəfdən, Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan da Əliyev və Paşinyanın dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində qeyri-rəsmi görüş keçirdiklərini bildirib.
Qeyd edək ki, bundan əvvəl Əliyev və Paşinyan Rusiya və Aİ-nin vasitəçiliyi ilə bir neçə görüş keçiriblər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında da danışıqlar aparılıb.


