Türkiyənin Çanaqqala vilayətində keçirilən iki ayrı əməliyyatda qeyri-qanuni yollarla xaricə getmək istəyən 77nəfər miqrant saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, Sahil Mühafizəsi Səyyar Radarı (MORAD-12) tərəfindən keçirilən əməliyyatda bir qrup mühacir aşkarlanıb.
Bölgəyə gedən jandarma qrupları tərəfindən 31 nəfər qaçaq miqrant tutulub.
Başqa bir əməliyyatda, 46 qeyri-qanuni miqrant saxlanılıb.
Ümumilikdə, saxlanılan 77 miqrant bölgədəki Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.
Aysu Demokrat.az


