Hadisə

Balakəndə oğul atasını qətlə yetirib çaya atdı — VİDEO

Balakəndə oğul atasını qətlə yetirib çaya atdı — VİDEO

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman İlyas oğluBayramovun kəsici alətlə qətlə yetirilməsibarədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinəməlumat daxil olub.

Atasını qətlə yetirməkdə şüphəli bilinən yeniyetməCavid Bayramovun törətdiyi qətlintəfərrüatı məlum olub.

Belə ki, hadisə şahidi olanqonşu Adil Qarakişiyev bildirib ki, Cavidin ailəsi ilə problemi olmayıb. Onu tərbiyəli şəxs kimi tanıyıblar.

Mərhumun bacısı Zəminə Bayramovanın sözlərinə görə isə, qardaşını balta ilə öldürdükdən sonra meyitini rayon ərazisindəki Mazımçaya atıblar.

Qeyd edək ki, mərhum Qəhrəman Bayramov bir neçə gün öncə həbsxanadan çıxıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

NE
Nihadə Eyyubova