Hadisə Özəl

Yeni il ağacı aşdı: Ölən var

Yeni il ağacı aşdı: Ölən var

Belçikanın Oudenaarde şəhərində Milad bazarında ağacın aşması nəticəsində 63 yaşlı qadın ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, sözügedən bazarda 20 metr hündürlüyündəki yeni il ağacı aşıb. Ağacın altında qalan 3 nəfər yaralanıb.

Əraziyə dərhal təcili yardım göndərilib. Başından xəsarət alan 63 yaşlı qadın bütün müdaxilələrə baxmayaraq aparıldığı xəstəxanada dünyasını dəyişib.

Digər yaralıların da sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Prokurorluq hadisə ilə bağlı araşdırma başlasa da, hadisə şahidləri ağacın güclü küləkdən sonra aşdığını bildirib.

Qeyd edək ki, ölkə mediası daha əvvəl ağacın təhlükəsiz şəkildə quraşdırılıb-qurulmadığı ilə bağlı narahatlıqların olduğunu bildirmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova