Hadisə Özəl

Qırmızı bülleten ilə axtarılan 2 şübhəli tutuldu

Qırmızı bülleten ilə axtarılan 2 şübhəli tutuldu

Türkiyədə bir villada keçirilən əməliyyat zamanı qırmızı bülletenlə axtarışda olan 2 əcnəbi şəxs yaxalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi Beynəlxalq səviyyədə “rüşvət və korrupsiya” cinayətləri ilə axtarışda olan İraq əsilli şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı 2 şübhəli ölkənin Yalova vilayətində gizləndikləri villada saxlanılıb.

Şübhəlilər daha sonra polis bölməsinə aparılıb. Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova