Dünya Özəl

Blinken: HƏMAS təslim olsa, bu məsələ sabah sonlanacaq

Blinken: HƏMAS təslim olsa, bu məsələ sabah sonlanacaq

“Heç kim HƏMAS-dan silahlarını yerə qoyub təslim olmasını tələb etməyib. HƏMAS bunu etsə, sabah bu iş bitəcək”.

Demokrat.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken bu gün keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, HƏMAS-ın təslim olması regionun maraqlarına uyğun deyil:

“Bu, dünyanın maraqlarına uyğun deyil. Bir çox ölkələrin bu münaqişəyə son qoymağa çağırışlarını eşitsək də, demək olar ki, heç kimin HƏMAS-dan mülki əhalinin arxasında gizlənməyi dayandırmasını, silahlarını yerə qoymasını və təslim olmasını tələb etdiyini eşitmirəm.

HƏMAS bunu etsə, elə sabah bu iş bitəcək. Necə olur ki, hücum edənə heç bir tələblər irəli sürülmür? "Ona görə də, bu vəziyyətə son qoymaq üçün “HƏMAS”a lazım olanı etməyə təzyiq edən güclü beynəlxalq səsin olması yaxşı olardı”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova