Hadisə Özəl

Peruda 6,2 bal gücündə zəlzələ baş verib

Peruda 6,2 bal gücündə zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Peruda 6,2 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, episentri Perunun İray bölgəsində olan 6,2 bal gücündə zəlzələ yerin 93,4 kilometr dərinliyində baş verib.

Can və mal itkisi ilə bağlı açıqlama verilməyib.

Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova