Sosial Özəl

“BioNTech” Afrikada ilk peyvənd fabrikini açdı

“BioNTech” Afrikada ilk peyvənd fabrikini açdı

Alman biotexnologiya şirkəti “BioNTech” Afrikadakı ilk peyvənd fabrikini açıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, "BioNTainer" adlı qablardan ibarət olan və tikintisinə 2022-ci ildə başlanılan fabrik Afrika ölkələri üçün “mRNT” əsaslı vaksinlər istehsal edəcək.

Fabrikin açılışında Ruanda prezidenti Paul Kaqame, “BioNTech”şirkətinin baş direktoru və həmtəsisçisi Prof. Dr. Uğur Şahin və qonaqlar qatılıb.

Prezident Kaqame bildirib ki, istehsal müəssisəsi qitənin vaksin əldə etmək imkanı üçün dönüş nöqtəsidir.

Qeyd edək ki, 2025-ci ildə tam fəaliyyətə başlayacaq müəssisədə ildə 50 milyon dozaya qədər peyvənd istehsalı edilməsi planlaşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova