Hadisə

Qazdan zəhərlənən müəllim və şagirdlərin son durumu — TƏBİB AÇIQLADI

Qazdan zəhərlənən müəllim və şagirdlərin son durumu — TƏBİB AÇIQLADI

Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən Demokrat.az-a bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib: "Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".

D
demokrat.az