Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana gedəcək.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Prezident macarıstanlı həmkarı Katalin Novak və baş nazir Viktor Orbanla görüşəcək.
Mövcud siyasi və diplomatik hadisələr, xüsusilə Qəzzada son vəziyyət müzakirə olunacaq.
İki ölkə arasında əməkdaşlıq və iqtisadi əlaqələr müzakirə olunacaq.
Bu çərçivədə Yüksək Səviyyəli Strateji Şura toplanacaq.
Aysu Demokrat.az


