Hadisə

Bakıda dönərxanada yanğın olub

Bakıda dönərxanada yanğın olub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan dönərxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

NE
Nihadə Eyyubova