İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində iki fələstinli ailələnin evlərini dağıdıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri buldozerlər ilə Nablusun cənubundakı Urif qəsəbəsinə basqın edərək, orada əməliyyata başlayıb.
Ordu qüvvələri İsrail həbsxanasında olan Hamed Kayid Sabbah və Ziyad Cibril al-Safedi ailələrini evlərindən zorla təxliyə edib.
İsrail əsgərləri 3 mərtəbəli binanın 2-ci mərtəbəsində “Sabbah” ailəsinə məxsus mənzilin daxili divarlarını partladıb, “Safedi” ailəsinin evini buldozerlə söküblər.
İsrailin hücumu təşkil etdiyi iddia edilən fələstinlilərin evlərini sökməsi insan haqları təşkilatları tərəfindən "cinayətin fərdiliyi prinsipini pozduğu və kollektiv cəzaya bərabər olduğu" üçün tənqid edilib.
Aysu Demokrat.az


