Sosial Özəl

Təbiət hadisələri orqanizmimizə necə təsir edir? — Həkim AÇIQLADI

Təbiət hadisələri orqanizmimizə necə təsir edir? — Həkim AÇIQLADI

Rusiyanın “Fobos” hava mərkəzinin məlumatına görə dekabrın 16-da baş verəcəyi gözlənilən güclü maqnit qasırğası olmayacaq. Müşahidələrə əsasən maqnit qasırğasına səbəb olan Günəşdəki partlayışın seli Yer planetindən 48 dərəcə yan keçib. Daha öncəki məlumata görə isə Günəşdə baş verən güclü partlayışlar səbəbilə sabah son altı ilin ən güclü maqnit qasırğasının baş verəcəyi gözlənilirdi.

İlboyu baş verən müxtəlif dərəcəli maqnit qasırğaları insanların səhhətinə də təsirsiz ötüşmür. Meteohəssas insanlar digərləri ilə müqayisədə atmosfer dəyişikliklərindən daha çox əziyyət çəkirlər. Həkim-terapevt Sübhan HacıyevDemokrat.az-a açıqlamasında deyib ki, təbiətdə rast gəlinən makro və mikroelementlər insan orqanizmində də var. Buna görə də təbiət hadisələrinin heç biri insan orqanizminə təsirsiz ötüşmür:

Təbiət hadisələri orqanizmimizə necə təsir edir? — Həkim AÇIQLADI

“Gənc və praktik sağlam insanlarda adaptasiya prosesi sürətlə getdiyinə görə bu hadisələr klinik təzahürlərlə özünü göstərmir. Lakin geomaqnit qasırğası meteohəssas insanların çoxunda özünü ciddi şəkildə büruzə verir. Daha çox baş ağrısı, baş gicəllənmə, halsızlıq, yorğunluq, fiziki tolerans və apatiya kimi simptomlar müşahidə edilir. İnsanlar təcili tibbi yardıma müraciət etmək məcburiyyətində qalırlar. Meteohəssas insanlar, adətən, xroniki xəstəlikləri olan yaşlı insanlardır. Ürək-damar xəstəlikləri, xolesterinemiyası olan və bunun nəticəsində beyin-qan dövranında müəyyən pozğunluqlar yaşamış nevroloji simptomatikası olan, eyni zamanda şəkərli diabetdən əziyyət çəkən, qara ciyər və böyrək problemi olan xəstələrdə birincili xəstəlik daha aktiv formaya gəlir və nəticədə uzun müddət onları narahat etməyən simptomlar aktivləşməyə başlayır.

Belə havalarda risk qrupuna daxil olan şəxslərə evdən çölə çıxmamaq tövsiyə olunur, xüsusilə birincili xəstəliklərinə görə vaxtı-vaxtında həkim müayinəsindən keçmələri məsləhətdir. Yüksək qan təzyiqindən əziyyət çəkən insanlara ciddi nəzarət olmalıdır. Yüksək arterial təzyiq həm kardio infarkta, eyni zamanda kəskin beyin-qan dövranı pozğunluğuna yol aça bilər. Şəkərli diabeti olan insanlar dərman qəbulu ilə yanaşı pəhrizə də diqqət etməlidirlər. Çünki şəkərli diabetin yüksəlməsi bir çox xəstəliklərin ağırlaşmasına səbəb olur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova