Hadisə Özəl

Arvadını döyərək, xəsarət yetirdi —TƏFƏRRÜAT

Arvadını döyərək, xəsarət yetirdi —TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1996-cı il təvəllüdlü Nihad həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ilin sentyabrında Xumar ilə qeyri-rəsmi şəkildə yaşayır: “2023-cü ildən Xumar ilə rəsmi nikahımız var. Hadisə günü, saat 18 radələrində həyat yoldaşım ilə yaşadığımız evdə aramızda şəxsi münasibətlər zəminində söz mübahisələrimiz baş verdi. Bu zaman Xumarın sol qoluna yumruqla zərbə vuraraq özümdən uzaqlaşdırdım. Yoldaşım evdən çıxaraq atasıgilə getdi. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, hadisə günü, saat 18 radələrində həyat yoldaşı Məmmədlə yaşadığı evdə aralarında söz mübahisəsi yaranıb: “Məmməd anamgilə getmək istəyərəkən icazə vermədi. Bundan sonra mənimlə kobud rəftar etdi, mən' nalayiq söyüşlər söydü. Bundan sonra aramızda söz mübahisəsi daha da dərinləşdi. Həyat yoldaşım yumruqla sol qoluma və kürək nahiyəmə zərbə vuraraq xəsarət yetirdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova