Türkiyədə jandarma qrupları tərəfindən aparılan əməliyyatlar nəticəsində müxtəlif cinayətlərdən axtarışda olan 91 nəfər şübhəli saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Ədirnə Jandarma Komandirliyi qrupları axtarılan şəxslərin tutulması üçün işlərinə davam edir.
Bu çərçivədə, son bir həftədə aparılan işlərdə, müxtəlif cinayətlərdən həbs qərarı çıxarılan 91 şübhəli tutulub.
Şübhəlilər əməliyyatların ardından ədliyyə orqanlarına göndərilib.
Aysu Demokrat.az


