Hadisə Özəl

İsrail bu şəhəri bombaladı: Ölən və yaralananlar var

İsrail bu şəhəri bombaladı: Ölən və yaralananlar var

İsrail Ordusu işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində 3 evi bombalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri hərbi maşın və buldozerlərlə girişləri bağlayaraq ərazini tamamilə mühasirəyə alıb, şəhərdəki hündürmərtəbəli binaların damlarına snayperlər yerləşdirib.

Şahidlər İsrail qüvvələrinin şəhərdə 3 fələstinli evini bombaladığını, hücumda 7 fələstinlinin öldüyünü, bəzilərinin isə yaralandığını bildirib.

Aysu Demokrat.az

D
demokrat.az