Hadisə Özəl

Göygöldə kişi qardaşı arvadını döydü — TƏFƏRRÜAT

Göygöldə kişi qardaşı arvadını döydü — TƏFƏRRÜAT

Göygöl rayonunda 1989-cu il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Zoyaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun Balçılı kəndində baş verib.

Sərdar Zoya ilə yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Sərdar qardaşı arvadını stul ilə vuraraq ona xəsarət yetirib.

Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Göygöl rayonu, Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur:

“Bizimlə eyni evdə öz ailəmdən başqa qardaşım və qardaşımın ailə üzvləri olan arvadı Zoya, övladları yaşayır. Yaşadığımız ev 2 mərtəbəli olduğu üçün mən və ailə üzvlərim 2-ci mərtəbədə, qardaşım və qardaşımın ailə üzvlərinin evin 1-ci mərtəbəsində yaşamlıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 12 radələrində qardaşının arvadı Zoyanın evin aşağı mərtəbəsində uca səslə nalayiq ifadələr işlətməsini eşidərək əsəbləşdim. Zoyanın yanına getdim. Həmin vaxt Zoyayaya iradımı bildirdim. Lakin Zoyanın mənə kobud cavab verdiyi üçün əsəbləşdim. Evin birinci mərtəbəsində olan stul ilə onu vurdum. Zoyanı vurduqdan sonra onun yanından uzaqlaşdım”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az