İranın Mazandaran əyalətində din xadimi Ayətullah Abbas Əli Süleymanini öldürən şəxs edam edilib.
Demokrat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat yayıb.
Məlumatda Süleymanini öldürən şəxsin səhər saatlarında Babul həbsxanasında edam edildiyi qeyd edilib.
Qeyd edək ki, aprelin 26-da Mazandaran əyalətinin Babulsar şəhərində getdiyi bankın mühafizəçisi tərəfindən açılan atəş nəticəsində Süleymani ağır yaralanıb və dünyasını dəyişib.
İnqilab Məhkəməsində mühakimə olunan adı açıqlanmayan hücumçuya mayın 12-də ölüm hökmü çıxarılıb və qərar Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Aysu Demokrat.az


