NATO-nun baş katibi Yens Stoltenberq Səudiyyə Ərəbistanına səfər edib.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, NATO-nun baş katibi Yens Stoltenberq rəsmi səfəri çərçivəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.
O, səfər çərçivəsində Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Jasem Albudaiwi ilə görüşüb.
Qeyd edək ki, bununla da Stoltenberq Səudiyyə Ərəbistanına səfər edən ilk NATO baş katibi olub.
Aysu Demokrat.az


