Dünya Özəl

Məşhur şəxslərdən Qəzzaya DƏSTƏK

Məşhur şəxslərdən Qəzzaya DƏSTƏK

Amerikalı məşhur müğənnilər Selena Qomez və Taylor Svift gəliri Qəzzaya humanitar yardım üçün ianə ediləcək şounu izləyib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Selena Qomez və Taylor Svift komediya ustası Rami Yusefin Bruklin şousuna baxmağa gediblər.

Aktyorlar Kara Delevin, Anna Taylor Coy və Zoe Kravits də komediya şousunu izləyiblər.

Qeyd edək ki, şoudan əldə olunan gəlir Qəzzaya humanitar yardım üçün sərf olunacaq.

Xatırladaq ki, komediyaçı Yusef 3 noyabr 2023-cü il və 2 fevral 2024-cü il tarixləri arasında verdiyi şoulardan əldə edilən gəlirin Qəzzaya humanitar yardım göstərmək üçün "Amerika Yaxın Şərq Qaçqınlarına Yardım (ANERA)" qeyri-hökumət təşkilatına bağışlanacağını açıqlamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova