"Emil çox yaxşı əllərdə idi. Sabrina ona çox yaxşı baxırdı. Ailəsi, evi var idi.Toylardan, şou-proqramdan birlikdəyaxşı pul qazanırdılar. Hətta hərdən mən onlara gedəndə Emil "paçka" ilə yüzlükləriçıxarıbdeyirdi ki,"Maaşa baxan adamsan, götür xərclə".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında mərhummüğənni oğlu Emil Rəhmanoğludan danışarkən deyib. Sənətçi qeyd edib ki, bəziləri onun pis vərdişinə görə vəfat etdiyini iddia edir:
"Hər şeydən arxayın idim. Çünki Sabrina kimi çox gözəl ailəsi və övladları var idi. Reablitasiyadan çıxmışdı, yaxşı vəziyyətdə idi. Bəzi ağzıgöyçəklər deyir ki, "Emil pis vərdişdən dünyasını dəyişdi". Xeyr, vəfat edəndə həkimlərdən möhürlü sənəd almışam ki, ürəyindətromp olub.O bir xəstəlikdir, bəladır ki, insanların çoxu trompdan vəfat edir. Məgər, hamı başqa işlə məşğul olur?".
Qeyd edək ki, EmilRəhmanoğlu sentyabrın 19-da xəstəxanadadünyasını dəyişib.


