Sosial

Son günlər hava niyə isti keçir? — Səbəbi açıqlandı

Son günlər hava niyə isti keçir? — Səbəbi açıqlandı

Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Demokrat.az-a bildirib ki, bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır.

Onun sözlərin görə, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub.

Mülayim hava şəraitinin dekabrın 5-dək davam edəcəyi bildirilib.

D
demokrat.az