Sosial Özəl

“Tıxac problemi bir günə həll oluna bilməz”— Hansı alternativlər var?

“Tıxac problemi bir günə həll oluna bilməz”— Hansı alternativlər var?

20 Yanvar – Sumqayıt yolunda tıxaclar hər gün bu yolu gedib-gələnlərin həyatını dözülməz edib. Tıxac artıq həyatın bir parçasına çevrilib. Əvvəllər günün müəyyən saatlarında yaşanan sıxlıq artıq demək olar ki, günboyu davam edir. Yolun bir istiqamətində avtobus zolağı çəkilib, bəs tıxac probleminin həllinə alternativ başqa hansı üsullar tətbiq oluna bilər?

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, həmin ərazidən dəmiryolu xətti keçir, bununla belə qatar sayını artırmaq olar. O, Demokrat.az-a açıqlamasında deyib ki, ehtiyac nəzərə alınaraq əlavə stansiyalar yaradıla bilər:

“Mövcud yol sahəsinin səmərəli istifadəsi yönümündə işlər görülməlidir. Ayrılmış avtobus zolağında qaydalara riayət olunmasına sərt nəzarət edilməlidir. Bu, kompleks məsələdir. Hazırda Bakı da daxil olmaqla dünyanın bir sıra şəhərlərində ciddi sürücü problemi var. Bizdə avtobus sürücülərinin maaşı 900-1000 manatdır. Bunun artırılmasına ehtiyac var, sürücülük çətin peşədir. Hətta qadınlarda da bu işə maraq oyatmalıyıq. Şəhər yolları çox stresslidir. Bu problem həll edilsə, insanlar bu peşəyə həvəs göstərər. Avtomobil yolu və avtobuslar var, lakin avtobuslar üçün ayrıca zolaqların olmaması görün nə qədər problem yaradır. İnsanlar görsə ki, avtobus daha sürətli gedir, maşın əvəzinə avtobusa minər. Avtobusların dəmir yolu, metro və digər qovşaqlarla əlaqəsi, vahid biletin olması insanları ictimai nəqliyyatdan istifadə etməyə daha çox təşviq edir. Əgər ictimai nəqliyyatla gedib-gəlmək daha tez və ucuz başa gəlirsə, insan niyə şəxsi avtomobildən istifadə etsin. Bunun üçün əlimizdə olanların səmərəli istifadəsi yönündə mərhələli işlər görülməlidir. Tıxac problemi bir günə həll oluna bilməz. İri şəhərlərdə tıxac həyatın bir hissəsidir, lakin bununla yanaşı alternativlər də var – piyada səkisi, velosiped yolu və s.

“Tıxac problemi bir günə həll oluna bilməz”— Hansı alternativlər var?

Şəhərin mobillik planı təşkil edilməlidir. Buna əsasən insanların səfərləri müəyyən edilməli və buna uyğun təkliflər formalaşdırılmalıdır. Mövcud resursların səmərəli istifadəsi, növbəti mərhələdə isə digər alternativlərin yaradılması, şəbəkələşməsi, birindən digərinə rahat keçidin təşkil olunması bugünkü vəziyyəti müsbətə doğru dəyişə bilər".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova