Hadisə

Bakıda kafedə qumar oyunları təşkil edən şəxs SAXLANILDI

Bakıda kafedə qumar oyunları təşkil edən şəxs SAXLANILDI

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

D
demokrat.az