Hadisə Özəl

Bina uçdu — 3 ölü, 2 yaralı var

Bina uçdu — 3 ölü, 2 yaralı var

Malayziyanın Penanq əyalətində tikilməkdə olan binanın uçması nəticəsində 3 nəfər fəhlə ölüb, 2 nəfər isə ağır yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Penanq ştatında tikilməkdə olan bina uçub.

Tikintidə Banqladeş vətəndaşı olan 18 işçinin olduğu və çökən binanın altında 9 işçinin qaldığını bildirilib.

İlkin məlumata görə, qəzada 3 nəfər ölülb, ağır yaralanan 2 nəfər işçi isə xəstəxanaya göndərilib.

Qeyd edək ki, 4 işçi çökən binanın dağıntıları altında qaldığı təxmin edilir və axtarış-xilasetmə işləri davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az