Hadisə Özəl

Ukrayna yenidən Moskvaya dronla hücumu etdi — Qarşısı belə alındı

Ukrayna yenidən Moskvaya dronla hücumu etdi — Qarşısı belə alındı

Ukrayna Ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdinin qarşısı alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07.30-da Kiyev Ordusu pilotsuz uçuş aparatlarından istifadə edərək, paytaxt Moskvada təxribat törətmək cəhdinin qarşısı alınıb.

Açıqlamada hava hücumundan müdafiə sistemlərinin hücumu dayandırdığı, Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edildiyi bildirilib.

İlkin məlumatlara görə, hadisə yerində hər hansı dağıntı və ya itki yoxdur. Mütəxəssislər hadisə yerində işlərini davam etdirir.

Aysu Demokrat.az

D
demokrat.az