NATO-nun baş katibi Yens Stoltenberq İsrail və Həmas arasında son gününə çatan humanitar fasilənin uzadılmasına çağırış edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Stoltenberq noyabrın 28-29-da NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə məlumat verib.
Həmas ilə İsrail arasındakı razılaşmanın əsirlərin azad edilməsinə və humanitar yardımın çatdırılmasına imkan verdiyini ifadə edən Stoltenberq, "Fasilənin uzadılmasına çağırıram. Bu, Qəzzanın son dərəcə ehtiyac duyduğu yardımın çatmasını və girovların azad edilməsini təmin edəcək”. deyə bildirib.
Stoltenberq həmçinin daimi siyasi həllə ehtiyac olduğunu vurğulayıb.
Aysu Demokrat.az


