"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.
Bu barədə Demokrat.az-a Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.


