“Aİ Fələstin dövlətini tanımasa, İspaniya öz qərarını verəcək”.
Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında İspaniyanın baş naziri Pedro Sançes bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin və Avropa Birliyinin Fələstin dövlətini tanımasının vaxtıdır:
“Bu dəyərli və əhəmiyyətli bir şeydir. Bunu Fələstin dövləti ilə birlikdə etməliyik. Ancaq AB Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək”.
Aysu Demokrat.az


