Dünya Özəl

Argentinanın yeni prezidenti Baydenlə danışdı

Argentinanın yeni prezidenti Baydenlə danışdı

Argentinada prezident seçkilərində qalib gələn Xavyer Miley ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azadlıq İnkişaf Partiyasının Xarici Siyasət Məsləhətçisi Diana Mondino açıqlama verib.

O bildirib ki, Milei Baydeni dekabrın 10-da keçiriləcək təhvil-təslim mərasiminə dəvət edib.

Mondino iki liderin İsrail və HƏMAS arasındakı münaqişələr, enerji və ərzaq təhlükəsizliyini müzakirə etdiklərini və Mileinin Baydenə dünyanın ərzaq təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu dediyini bildirib.

Digər tərəfdən, Argentina mətbuatının yazdığına görə, Bayden Milei-yə təşəkkür edib və işinin sıx olduğunu əsas gətirərək dəvəti rədd edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova