Kriminal Özəl

Şirvanda ər arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Şirvanda ər arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Şirvan şəhərində 1972-ci il təvəllüdlü Əhməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəzrinə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 1-də baş verib. Əhməd həmin gün saat 23.30-da yaşadığı evdə Nəzrinlə mübahisə edib.

Mübahisə zamanı Əhməd yumruq və təpiklə Nəzrinin üz, bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nəzrin ilə münasibətləri əvvəllər yaxşı olub, aralarında ədavət və dava-dalaş olmayıb: “Sonuncu dəfə sentyabrın 1-də, saat 23.30-da evdə olan zaman Nəzrin mənə “sən başqa qadınla münasibətdəsən” dedi. Bu səbəbdən aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Nəzrin məni nalayiq ifadələrlə təhqir etdi. Bundan əsəbləşərək Nəzrinin üz və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurdum. Sonra Nəzrin yerə yıxıldı və qışqırmağa başladı. Həmin vaxt Nəzrindən uzaqlaşdım”.

İş üzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, əri Əhmədlə aralarında həmişə qısqanclıq üstündə dava-dalaş olub: “Sentyabrın 1-də, saat 23.3-da yaşadığımız mənzildə olan zaman Əhmədin tanımadığım bir nəfər qadınla mobil telefonda danışmasının şahidi oldum. Sonra ərimə yaxınlaşaraq iradımı bildirdim. Həmin vaxt Əhməd mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Əhməd üzərimə hücum edərək baş və bədən nahiyələrimə yumruq, təpiklə bir neçə dəfə zərbə vurdu. Zərbələrin təsirindən yerə yıxıldım və qışqırmağa başladım. Sonra Əhməd məndən uzaqlaşdı. Həmin zərbələr nəticəsində ağız, dodaq, baş nahiyəmdən xəsarət almışam”.

Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əhməd 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova