Hadisə

Gəncədə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Gəncə şəhərində bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində 2 VAZ markalı avtomobilin toqquşması nəticəsində, 1 qadın dünyasını dəyişib.

Qəza zamanı Süleymanov Əli Şahin oğlu və daha 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az