Dünya Özəl

Hərbi maşın aşdı: Yaralananlar var

Hərbi maşın aşdı: Yaralananlar var

Türkiyənin Van vilayətində hərbi maşın aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb.

Qəzadan sonra hadisə yerinə jandarma, təcili tibbi yardım və xilasetmə qrupları göndərilib.

Yaralı hərbiçilər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az