Hadisə

Daha bir zəlzələ oldu

Daha bir zəlzələ oldu

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki,bu gün yerli vaxtla saat 15:33-də Quba stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda 3,1 bal gücündəzəlzələ qeydə alınmışdı.

NE
Nihadə Eyyubova