Hadisə

Bakıda 40 yaşlı qadını avtomobil vurdu

Bakıda 40 yaşlı qadını avtomobil vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Qasımova Məlahət Rizvan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az