Myanmanın şərqindəki Şan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumatda, 5,7 bal gücündə olan zəlzələnin Şan əyalətinin Kenq Tunq şəhərindən 76 kilometr cənub-şərqdə olduğu bildirilib.
İlkin məlumata görə, 10 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.
Tailand mətbuatı zəlzələnin ölkədə də hiss edildiyini yazıb.
Aysu Demokrat.az


