BMT İsraili sudan müharibə silahı kimi istifadə etməməyə, Qəzzanı təmiz su və yanacaqla təmin etməyə çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin məruzəçisi Arrojo-Aqudo yazılı açıqlama verib.
Açıqlamada, İsrailin çox gec olmadan su təchizatı şəbəkəsini və duzsuzlaşdırma vasitələrini işə salmaq üçün Qəzzaya təmiz su və yanacağın daxil olmasına icazə verməli olduğu vurğulanıb.
Həmçinin, İsrailin Qəzza zolağına içməli su verilməsini açıq şəkildə əngəllədiyi bildirilib.
Aysu Demokrat.az


