Xarici siyasət Özəl

ABŞ-nin hədələrinə rəğmən: "Azərbaycan Zəngəzurla bağlı hədəfindən əl çəkməməlidir”— Politoloq

ABŞ-nin hədələrinə rəğmən: Azərbaycan Zəngəzurla bağlı hədəfindən əl çəkməməlidir”— Politoloq

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələrdə Dövlət Departamentinin Avropa və Avrasiya üzrə rəsmisi Ceyms O’Brayn deyib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq. Bildirib ki, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, Azərbaycana yardım göstərmək mümkünsüzdür. Braynın sözlərinə görə ABŞ tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.

Braynın qərəzli açıqlamasını Demokrat.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, ABŞ neft sazişləri imzalananda, öz maraqlarına uyğun olaraq 907-ci düzəlişi dondurdu:

“Lakin Ermənistan Azərbaycanın ərazilərini işğal edəndə 907-ci düzəliş qüvvədə idi. Azərbaycan öz ərazisindəki işğalçılara qarşı əks-hücuma keçib, Ağdərəni azad edəndə, yəni 1992-ci ildə həmin qətnamə qəbul edildi. Yenidən 907-ci düzəlişi geri qaytarmaqla bağlı qərara gəlirlər. Onsuz da ABŞ-ın Azərbaycana hansı dəstəyi var idi ki?! ABŞ dairələrini narahat edən Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyidir. Ona görə də Azərbaycanı bununla şantaj edirlər. Bu bir daha onu göstərir ki, ABŞ dostumuz deyil, heç vaxt da olmayıb.

Təəssüflər olsun ki, son 30 ildə Azərbaycanda belə bir təbliğat aparıldı ki, ABŞ dost ölkədir. Azərbaycan öz ərazilərini azad edəndən sonra Amerikanın içüzü açıldı. Amma hələ də bunu görmək istəməyənlər var. ABŞ təşkilatlarından maliyyələşirlər çünki, ona görə də bu mövqeyi tutublar.

ABŞ ilə münasibətlərimizi yenidən nəzərdən keçirməliyik. 907-ci düzəlişin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Azərbaycan Zəngəzurla bağlı hədəflərindən qəti əl çəkməməlidir. ABŞ və Avropanın hədələrinə rəğmən Türkiyəni yayına alıb, İran və Rusiya ilə də ağıllı siyasət quraraq öz addımlarını davam etdirməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova