Region Özəl

Qatar relsdən çıxdı: Yaralananlar var

Qatar relsdən çıxdı: Yaralananlar var

Türkiyədə qatar relsdən çıxaraq divara çırpılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza ölkənin İzmir vilayətində baş verib.

Hadisə zamanı 3 nəfər yüngül xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həmçinin qəzadan sonra vaqonlar boşaldılıb və metronun hərəkəti dayandırılıb.

Qəzanın təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova