Siyasət Özəl

Ərdoğan İtaliyanın Baş naziri ilə DANIŞDI

Ərdoğan İtaliyanın Baş naziri ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

Görüşdə İsrailin Qəzzaya hücumları və bölgədəki humanitar böhran müzakirə edilib.

Prezident Ərdoğan Fələstin torpaqlarına qarşı vəhşiliyin dərinləşdiyini, ölümlərin hər keçən dəqiqə artdığını bildirib.

Həmçinin, müharibə cinayətləri törədən İsrailin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün çalışacaqlarını və bu vəziyyətin təmin edilməsi üçün İtaliyadan dəstək gözlədiklərini vurğulayıb.

Aysu Demokrat.az

D
demokrat.az