İdman

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

Qarabağ Çempionlar Liqası ilə vidalaşdı

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan çempionu bir həftə öncə qazandığı üstünlükdən yararlana bilməyib.

Kiprin APOEL klubu ilə qarşılaşan təmsilçimiz Bakıda 0-2 hesabı ilə uduzmaqla, turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Hər hissədə bir dəfə fərqlənən qonaqlar, "Qarabağ"ınümidlərini puça çıxarıb.

Xatırladaq ki, "Qarabağ" ilk oyunda 2-1 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan çempionu ikinci matçdakı məğlubiyyətlə mübarizəsini Avropa Liqasındadavam etdirəcək.

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi 13 avqust "Qarabağ" – APOEL 0:2 Qollar: De Vinsenti, 34-pen. U.Matiç, 68. Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun - 2:1.

Zaur Zahidoğlu

D
demokrat.az