Bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan artırmaq qərarı veriblər. Əvvəllər 0,40 qəpiyə olan xidmət haqqı artıq 1 manat olacaq.
Bank sektoru üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Hər bir özəl kommersiya qurumu öz qiymətlərini sərbəst müəyyən edə bilər. Problem ondadır ki, niyə banklar bunu kollektiv şəkildə edirlər. Bu artıq haqsız rəqabət və sövdələşmədir. Ölkədə bankların sayı 23-dür. SMS xəbərdarlıq xidmətinin qiymətini artıran bankların aralarında sövdələşmə olduğu açıq-aydındır. Hamısı eyni anda və eyni həddə qiyməti artırır. Niyə?! Bu, mövcud “Haqsız rəqabət haqqında” Qanunun pozulmasıdır. Eyni zamanda hazırda Milli Məclisdə baxılan Rəqabət Məcəlləsinə də ziddir. Bununla bağlı Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar vəİstehlak BazarınaNəzarət Dövlət Xidməti təcili tədbir görməlidir”.
Törə Zeynallı Demokrat.az


