Region Özəl

Hakan Fidan belarusiyalı həmkarı ilə görüşdü

Hakan Fidan belarusiyalı həmkarı ilə görüşdü

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Qəzzada humanitar vəziyyət və Ukraynada davam edən müharibə ilə bağlı fikir mübadiləsi aparılıb.

Hakan Fidan Türkiyənin Ukraynadakı müharibənin beynəlxalq hüquq əsasında sülhlə bitməsini arzu etdiyinə diqqət çəkib.

Müharibənin uzanmasının həm regional, həm də qlobal səviyyədə mənfi təsirləri olduğunu bildirən nazir Türkiyənin sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova