Türkiyədə 2 avtomobilin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 1-i yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Ağrı vilayətində baş verib.
Qəza yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralı xəstaxanaya yerləşdirilib və vəziyyətinin yaxşı olduğu bildirilir.
Aysu Demokrat.az


