Dünya Özəl

Aİ-dən Qəzzaya daha bir YARDIM

Aİ-dən Qəzzaya daha bir YARDIM

Avropa İttifaqı (Aİ) Qəzzaya 25 milyon avro yardım ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib.

O bildirib ki, bölgəyə Aİ tərəfindən əlavə 25 milyon avro yardım ediləcək:

“Bununla da Qəzzaya edilən yardım ümumilikdə 100 milyon avroya çatacaq. Yardım birbaşa humanitar təşkilatlara veriləcək. İsrail, Misir və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığın nəzdində Qəzzaya daha çox humanitar yardım göndərməyə davam ediləcək”.

Aysu Demokrat.az

D
demokrat.az