Dünya Özəl

Qəzzada hücumlar nəticəsində daha 2 məscid dağıdıldı

Qəzzada hücumlar nəticəsində daha 2 məscid dağıdıldı

İsrail ordusu Qəzzaya edilən hücumlar çərçivəsində Əli Bin Əbu Talib və Əl İsticabə məscidlərini hədəf alıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, sözügedən məscidlərə 1 saatlıq aralıqlarla hücum edilib.

Hücum nəticəsində, Əli Bin Əbu Talib məscidi və yaxınlıqdakı yaşayış məskəni tamamilə dağılıb. Eyni zamanda Əl İsticabə məscidi ciddi ziyan görüb.

Qeyd edək ki, Qəzza bölgəsində 52 məscid tamamilə dağıdılıb, 110 məscid isə zərər görüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova