Bakının Qaradağ rayonunda 1991-ci il təvəllüdlü Ceyhun sevgi münasibətində olduğu Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ceyhun tanıdığı və münasibətdə olduğu Lalə ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı əli və ayağı ilə Lalənin baş və bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Ceyhunun barasənidə olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


